Boşanmış valideynlər hansı hallarda uşağı xarici ölkəyə apara bilər?
Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası Miqrasiya Məcəlləsi ilə tənzimlənir.
Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında mümkündür.
Hansı hallarda atanın razılığı tələb edilmir?
1. Uşağın atalığın müəyyən edilməsi yoxdursa yəni nikahdan kənar doğulan uşağdırsa uşağın atasının razılığı tələb edilmir. Qediyyat şöbəsinin arayışı əsasında olur.
2. Valideynlik hüquqlarından məhrum edilmişsə atasının (anasının) razılığı tələb edilmir.