Döymə və fiziki ağrı yetirməyə görə şəxsi hansı cəza gözləyir?
Bir çox hallarda, xüsusən də, ailə məişət zəminində baş vermiş mübahisələr zamanı vətəndaşlar bir-birilərinə fiziki ağrı yetirir və ya daha çox kişi qadını döyür.
Belə olan halda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirən şəxsi hansı cəza gözləyir?
Qeyd edək ki, zərərçəkən şəxs ərizə ilə hadisənin baş verdiyi yer üzrə müvafiq polis şöbəsinə müraciət etdikdən sonra faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur.