Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət varmı?
Son zamanlarda tez-tez verilən suallardan biri də, sərxoş vəziyyətdə törədilən cinayətin məsuliyyətə səbəb olub-olmaması ilə əlaqədardır.
Bəzən insanlarda belə bir fikir yaranır ki, şəxs əgər sərxoş halda cinayət törədibsə o, hadisə zamanı özündə olmadğı üçün məsuliyyətə cəlb oluna bilməz və ya onun sərxoş vəziyyətdə cinayət törətməsi yüngülləşdirici hal hesab edilməlidir.
Qeyd edək ki, sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.