
Biz kimik?
“İnternational Legal Services” Məhdud Məsuliyyətli Cəmiyyəti 25.01.2016-ci il tarixdə qanunvericiliyə uyğun olaraq təsis edilmiş və hal-hazırda hüquq xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxsdir, istər Azərbaycan Respublikasında, istər də onun hüdudlarından kənarda qüvvədə olan qanunlara uyğun olan hər cür əqdlər, sazişlər, müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququna malikdir. Şirkət müstəqil balansa, möhürə, ştampa, firma işarəsinə (emblemə), bank hesablarına və digər rekvizitlərə malikdir. Şirkətin peşakar personalı vardır və hər bir işçi özlüyündə işgüzar nüfuzu ilə seçilir. Hal-hazırda Şirkət Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 6 ünvanında fəaliyyət göstərir və standartlara cavab verən ofisi vardır.

Missiyamız
“İnternational Legal Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə keyfiyyətli hüquq xidmətlərimizlə təkcə Bakı şəhərində yox, eyni zamanda regionlarımızda da, hüquqi və fiziki şəxslərə xidmət göstərmək və faydalı tərəfdaş kimi fəaliyyət istiqamətlərimizi xarici ölkələrə də yaymaq niyyətindədir. Şirkət öz fəaliyyət istiqamətləri sahəsində istər ölkəmizdə, istərsə də, ölkəmizin hüdudlarından kənarda birinci yeri hədəfləyir.

Üstünlüklərimiz
Biz Sizə yüksək dəyər verməklə, hər zaman Sizin maraq və mənafelərinizin qorunmasında əzmlə çalışmağı və keyfiyyətli xidmətlər təqdim etməyi vəd edirik. Şirkət öz işində peşəkar xidmətə, işgüzar etikaya, operativlik, məxfilik prinsiplərinə üstünlük verir. Müştərilərimizin etimadını qiymətləndirməklə onların mənafeyini üstün tuturuq. Biz, fəaliyyət göstərdiyimiz müddətdə şirkət olaraq öyük uğurlara imza atmışıq.
Şirkətimiz, yaxın zamanda saytla yanaşı mobil tətbiq vasitəsi ilə də vətəndaşlara hüquq xidmətləri göstərəcəkdir. Tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlara operativ, keyfiyyətli və əlçatan hüquq xidmətlərinin göstərilməsini təmin etməkdir. Mobil tətbiqini hər kəs öz mobil telefonuna yükləyib, istənilən hüquq sahəsi üzrə məsləhət ala və sənədlər tərtib edə bilərlər.

Keyfiyyətimiz
“İnternational Legal Services” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi və fiziki şəxslərə istənilən hüquq sahələri üzrə təcrübəli hüquqşünaslar tərəfindən keyfiyyətli xidmətlər göstərir. Şirkət təsis olduğu gündən etibarən gərgin işlər nəticəsində, şirkətimizin müstəqilliyini artıraraq şəxsi fəlsəfəmizi formalaşdırmışıq. Hazırda Şirkət Azərbaycan Respublikasının hüdudları çərçivəsində və eyni ilə ölkəmizin hüdudlarından kənarda müştərilərinə yüksək keyfiyyətli hüquqi xidmət göstərən aparıcı şirkətlərdən biridir.

Kərəmov Çinar Mirzəxan oğlu
Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 12A
050 744 35 45
chinar.karamov@gmail.com
Fəaliyyət göstərdiyi vəkil qurumu: "Fides" Vəkil Bürosu
Bildiyi xarici dillər: Türk
Vəkillik fəaliyyətinin müddəti: 1 il
İxtisaslaşdığı hüquq sahələri: Ailə hüququ | Korporativ hüquq | Müqavilə hüququ | Əmək hüququ | Əmlak və əşya hüququ | Kommersiya hüququ
