HÜQUQ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA RAZILAŞMA / QAYDALAR
1. Müqavilənin predmeti
1.1. “İnternational Legal Services” MMC tərəfindən https://ils.az saytı üzərindən (bundan sonra “Şirkət” adlanacaq) onlayn hüquq xidmətlərinin göstərilməsi üzrə razılaşmaya (bundan sonra “Qaydalar” adlanacaq) müvafiq olaraq Şirkət distant hüquq xidmətlərinin (bundan sonra “Xidmət” adlanacaq) müştəriyə təqdim olunmasını öhdəsinə götürür, müştəri isə onları qəbul etməyi və ödəməyi öz öhdəsinə götürür.
1.2. Şirkət, müştərilər tərəfindən verilmiş sifarişlər əsasında xidmət göstərir.
1.. Müştəri qaydaları qəbul etməklə https://ils.az internet səhifəsində dərc olunmuş şirkətin qaydalarının müddəalarını bütünlüklə və qeyd-şərtsiz olaraq qəbul edir.
2. Elektron xidmətlər:
Hüquq məsləhəti — peşəkar vəkil və ya hüquqşünas tərəfindən müştərinin sifarişi üzrə hüquqi məsələlərə dair problemlərin həlli qaydalarının izah olunmasından ibarət olan xidmətlə müştərinin təmin olunmasıdır.
Sənədlərin hazırlanması — müştərinin sifarişi əsasında onun tələbinə cavab verən sənədin (müqavilə, iddia ərizəsi və s.) hazırlanmasıdır.
3. Müqavilənin bağlanması və qüvvəyə minməsi qaydası
3.1. Şirkətlə Müştəri arasında bağlanmış Müqavilə hazırkı Qaydaların Müştəri tərəfindən qəbul olunması anından etibarən, hər iki Tərəf üçün bağlanmış hesab olunur və məcburi olur.
3.2. Tərəflərin hüquq və vəzifələri, Müqavilənin bağlanması anından etibarən əmələ gəlir.
3.3. Müştəri bağlanmış Müqavilə üzrə yaranan hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz
4. Xidmətlərin göstərilməsi şərtləri
4.1. Müştəriyə göstərilən konkret xidmətlərin siyahısı və qiyməti Şirkətin rəsmi saytındakı məlumatlar vasitəsilə (və ya müvafiq səhifələrdə) göstərilir.
4.2. Xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının hüquq sisteminin tərkib hissəsi olan beynəlxalq hüquq normalarının və prinsiplərinin, həmçinin formalaşmış hüquqi adətlərin əsasında təqdim olunur.
4.3 Xidmətlər müstəsna olaraq Müştərinin xeyrinə, Müştərinin şəxsi müraciəti əsasında təqdim olunur və Müştərinin bilavasitə tərəfi olduğu hüquqi vəziyyət zamanı meydana çıxan məsələlərdə Müştərinin şəxsi marağını ifadə edir.
4.4. Xidmətlər Şirkət tərəfindən müəyyən olunan tələblərə uyğun olan Müştərilərin yazılı və ya şifahi tələbinə əsasən təqdim olunur.
4.5. Müştərinin identifikasiyası, müştərinin qeydiyyat və sifarişinə müvafiq olaraq xidmətlərin Müştəriyə göstərilməsinin zəruri şərtidir. E-poçt (və ya mobil nömrə) vasitəsi ilə müraciət zamanı Müştəri şəxsi məlumatlarını qeyd etməyi öz öhdəsinə götürür. Bu zaman əgər Şirkətin əməkdaşında xidmətin alınması üçün müraciət edən şəxsin həqiqətən də Müştəri olması ilə bağlı əsaslı şübhələri olarsa, o zaman vəkil və ya üquqşünas yaranmış şübhələrin aradan qaldırılması üçün Müştəriyə əlavə suallar verə bilər.
4.6. Xidmətlər Azərbaycan Respublikasının dövlət dilində Şirkət tərəfindən göstərilir. Xidmətlər Tərəflər arasında razılaşdırılan digər dillərdə də Müştərilərə göstərilə bilər.
4.7. Müştəri xidmətlərdən istifadə etmək üçün yalnız bank kartları (visa/visa electron və ya master cart) vasitəsi ilə ödəniş etməlidir.
4.8. Əgər Şirkət tərəfindən Müştəriyə xidmət göstərilmişdirsə ödənilmiş vəsait geri qaytarılmır.
4.9. Əgər xidmət göstərilməmişdirsə və Müştəri Hüquq Xidmətləri üçün sifarişdən imtina etmişdirsə, Şirkət ödənişi Müştəriyə geri qaytarmağa borcludur.
5. Xidmətlərin göstərilməsi müddəti və qaydası
5.1. Xidmətlərin göstərilməsi müddətləri Müştərinin sifarişinin Şirkət tərəfindən qeydə alınması anından etibarən hesablanmağa başlayır.
5.2. Hüquq məsləhətləri, müştəri tərəfindən göndərilən sualın dəyərinin ödənilməsi təsdiq edildikdən sonra müştərinin sualı üzrə vəkil və ya hüquqşünas tərəfindən 09:00-dan 18:00-dək olan zaman ərzində (müştəri saat seçimi edə bilər) müştərinin seçiminə görə zəng, whatsapp və ya e-poçt vasitəsi ilə həyata keçirilir. Şirkət, ən gec 48 saat ərzində hüquq məsləhətləri üzrə xidmətləri göstərməlidir.
5.3. Müştəri, xidmətlərdən istifadə edən zaman əlaqə vasitələrini (telefon nömrəsi, whatsapp nömrəsi və ya e-poçt ünvanını) yanlış qeyd etdikdə, eləcə də, qeyd olunan əlaqə vasitələrindən müştəri ilə əlaqə yaratmaq mümkün olmadıqda (zəng çatmadıqda, whatsapp və ya e-poçt mövcud olmadıqda) Şirkət heç bir məsuliyyət daşımır və ödənişi geri qaytarmır. Belə hal mövcud olduqda müştəri bu Qaydaların 14.1 bəndində göstərilən qaydada texniki dəstəkdən istifadə edə bilər.
5.3. Sənədlərin hazırlanması üzrə xidmətlər, müvafiq xidmətin dəyərinin ödənilməsi təsdiq edildikdən sonra dərhal həyata keçirilir. Hazırlanmış sənəd(lər) dərhal müştərinin e-poçtuna göndərilir və 48 saat ərzində müştərinin şəxsi kabinetində müvafiq sənəd bölməsində yerləşdirilir.
5.4. Sənədlərin hazırlanması ilə bağlı texniki qüsurlar yarandıqda yaranmış qüsurlar 24 saat ərzində Şirkətin öz hesabına aradan qaldırılır.
5.3. Müştəri https://ils.az rəsmi saytında yerləşən şəxsi kabineti vasitəsilə hazırladığı sənədləri istənilən vaxt əldə edə bilər.
6. Müştərinin hüquqları
6.1. Müştəri tərəfindən verilmiş sifarişə uyğun olaraq təyin olunan xidmətlərin göstərilməsi müddəti ərzində xidmətlərdən istifadə etmək (Müştəri yalnız seçdiyi və ödəniş etdiyi xidmətin göstərilməsini tələb edə bilər);
6.2. Müştərilər üçün Şirkət tərəfindən təqdim olunan bütün güzəştlər və xüsusi təkliflərdən yararlanmaq;
6.3. Şirkətin saytında yerləşdirilmiş ödənişli Abunə paketlərindən istifadə etmək, abunə paketini yüksəltmək və ya abunəliyə xitam vermək.
6.4. Şirkətin təqdim etdiyi digər hüquq xidmətləri haqqında məlumatlar əldə etmək.
6.5. Bu Qaydalarla müəyyən edilmiş müddətdə və qaydada xidmətlər göstərilmədikdə ödənişi geri tələb etmək.
7. Müştərinin öhdəlikləri
7.1. Müştərinin identifikasiyası və ona xidmətlərinin təqdim olunması məqsədilə tam və dəqiq informasiyanı Şirkətə təqdim etmək;
7.2. Şirkətə ilk dəfə müraciət edən zaman, hazırkı Qaydaların 10.2-ci bəndinin məqsədləri üçün zəruri olan şəxsi məlumatları təqdim etmək;
7.3. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmamaq, eləcə də xidmətlərin göstərilməsi üçün Şirkətə müraciət edən zaman hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına riayət etmək;
7.4. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Qaydalarla nəzərdə tutulan digər öhdəlikləri icra etmək.
8. Şirkətin hüquqları
8.1. Xidmətlərin Müştərilərə göstərilməsi üçün üçüncü şəxsləri cəlb etmək;
8.2. Müştəri tərəfindən təqdim olunan məlumatların, eləcə də Müştəri tərəfindən hazırkı Qaydaların şərtlərini yerinə yetirilməsinin yoxlanmasını həyata keçirmək;
8.3. Müştərinin Müqavilə ilə müəyyən olunmuş Qaydaların müddəalarını pozduğuna dair əsaslı şübhələr olduqda, belə şübhələr aradan qalxana kimi xidmətin göstərilməsini müvəqqəti olaraq dayandırmaq;
8.4. Aşağıdakı hallarda Xidmətlərin təqdim olunmasından imtina etmək:
8.4.1. Müştəri hazırkı Qaydaların şərtlərini pozduqda;
8.4.2. Xidmətlərin göstərilməsi Müştərinin şirkətə qarşı iddialarının meydana çıxması ilə əlaqədar olduqda;
8.4.3. Xidmətlərin alınması Müştərinin hüquqa zidd maraqlarından irəli gəldikdə;
8.4.4. Xidmətlərin göstərilməsi tətbiq olunan qanunvericiliyin tələblərinin, eləcə də cəmiyyətdə qəbul olunan mənəviyyat və əxlaq normalarının Şirkət tərəfindən pozulmasına səbəb olduqda;
8.4.5. Xidmətlərin göstərilməsi Şirkətin hüquqlarına və qanuni maraqlarına toxunduqda;
8.4.6. Müştəri tələb olunan məlumatları təqdim etmədikdə.
9. Şirkətin vəzifələri
9.1. Hazırkı Qaydalarla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qayda və şərtlərlə xidmətləri Müştəriyə göstərmək;
9.2. Xidmətlərin göstərilməsi məsələləri ilə bağlı məlumat xarakterli xidmətləri Müştəriyə təqdim etmək;
9.3. Hazırkı Qaydalarla tanış olmaq imkanını Müştəri üçün təmin etmək;
9..4. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Qaydalarla nəzərdə tutulan digər öhdəlikləri icra etmək.
10. Müştərilərin şəxsi məlumatları
10.1. Şirkət Azərbaycan Respublikasının şəxsi məlumatların müdafiə olunması haqqında qüvvədə olan qanunvericiliyinin, hazırkı Qaydaların, eləcə də Şirkət tərəfindən qəbul olunan yerli aktların müddəalarına müvafiq olaraq Müştərilərin şəxsi məlumatlarının işlənməsini həyata keçirir.
10.2. Şirkət aşağıdakı məqsədlər üçün Müştərinin şəxsi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:
— Müştərinin identifikasiyası;
— Fərdi xidmətlərin Müştəriyə təqdim olunması;
— Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni məhsulların və xidmətlərin işlənib hazırlanması;
10.3. Müştəri hazırkı Qaydaların şərtlərini qəbul edərək razılaşır ki, Şirkət hazırkı Qaydaların 10.2-ci bəndində göstərilən məqsədlər üçün Müştərilərin şəxsi məlumatların toplanmasını, qorunmasını, istifadə olunmasını, sistemləşdirilməsini, yayılmasını həyata keçirir, eləcə də digər şəkildə işləyib hazırlayır.
10.4. Şirkət zəmanət verir ki, Hüquq Xidmətinin göstərilməsi məqsədilə Şirkətin Müştərisi tərəfindən təqdim olunan şəxsi və məxfi xarakterli məlumatlar müvafiq milli və beynəlxalq qanunvericiliklə təqdim olunan tələbələrə müvafiq olaraq istifadə oluna bilər.
11. Əqli mülkiyyət hüququ
11.1. Xidmətlərin Müştəriyə göndərilməsi prosesində meydana çıxan əqli mülkiyyət obyektlərinə dair müstəsna hüquqlar Şirkət tərəfindən qorunub saxlanılır. Bu zaman müstəsna olaraq şəxsi məqsədlər üçün bu cür obyektlərin müddətsiz istifadə olunması hüququ Müştəriyə təqdim olunur.
11.2. Müştəriyə təqdim olunan əqli mülkiyyət obyektlərinin yayılması, üçüncü şəxslərin istifadəsinə verilməsi və ya tirajlanması qadağandır.
12. Mübahisələrin həlli
12.1. Hazırkı Qaydaların qəbul olunması və icra olunması ilə əlaqədar meydana çıxan bütün fikir ayrılıqları və ya mübahisələr birmənalı olaraq danışıqlar yolu ilə tənzimlənir. Əgər razılıq hər hansı bir səbəbdən məhkəməyə qədərki tənzimlənmənin gedişatında əldə olunmursa, o zaman Şirkətlə Müştəri arasındakı bütün mübahisələr Şirkətin hüquqi ünvanı üzrə aidiyyəti məhkəmədə baxılır.
13. Şirkətin məsuliyyətinin məhdudlaşdırılması
13.1. Şirkət heç bir halda Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarının rəsmi qaydada şərhini təqdim etmir və buna iddia etmir, habelə Azərbaycan Respublikasının qanunvericiliyinin müddəaları və hüquqi tətbiqlə bağlı təşəkkül tapan təcrübənin əsasında vəkilin/hüquqşünasin və Şirkətin toplanmış təcrübəsindən irəli gələn bütün xidmətləri təqdim edir. Bu Xidmətlər tövsiyyə xarakter daşıyır.
13.2. Müştəri anlayır və qəbul edir ki, bu və ya digər Xidmətin göstərilməsi nəticəsində, müvafiq Xidmət üçün müraciət zamanı Müştərinin gözlədiyi nəticənin əldə edilməməsi Xidmətin lazımi keyfiyyətə malik olmamağı demək deyildir.
13.3. Şirkət, göstərilən xidmətlər nəticəsində müştərinin mütləq müsbət nəticə əldə etməsinə zəmanət vermir.
13.4. İstifadəçi tərəfindən sənədlərin hazırlanması zamanı yol verilən qrammatik və ya orfoqrafik səhvlərə görə Şirkət heç bir məsuliyyət daşımır və belə səhvlərin aradan qaldırılmasını öhdəsinə götürmür.
14. Texniki dəstək
14.1. Texniki dəstək Bazar ertəsi – Cümə saat 09:00-dan 19:00-a qədər, Şənbə 09:00-dan 13:00-a qədər işləyir. Texniki dəstək üçün yalnız 0705006642 whatsapp nömrəsi və support@ils.az e-poçt vasitəsi ilə müraciətlər qəbul edilir.
14.2. Texniki dəstəyə müraciət etdikdə mütləq əlaqə nömrəsi və e-poçt qeyd olunmalıdır.
15. Qara siyahı
15.1. Şirkətə və ya onun işçilərinə qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o, https://ils.az saytında xidmətlərdən yararlana bilməz!
15.2. Bu qaydaları pozan istifadəçi qara siyahıya düşür və https://ils.az saytında bird aha şəxsi kabinet aça bilməz!
16. Yekun müddəalar
16.1. Şirkət istənilən zaman birtərəfli qaydada hazırkı Qaydalara dəyişikliklər etmək hüququna malikdir. Bu Qaydalardakı bütün dəyişikliklər rəsmi https://ils.az saytında dərc olunur.
16.2. Bu Qaydalara edilən bütün Əlavələr hazırkı Qaydaların ayrılmaz tərkib hissələridir.
16.3. Bu Qaydalar Şirkətin https://ils.az rəsmi saytında dərc olunması anından etibarən qüvvəyə minir.
Son yeniləmə tarixi – 23.06.2022